Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulu fəth etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulu fəth etdi - Fotolar

Mədəniyyət

07 Oktyabr 2019 10:41 1267


3-6 oktyabr tarixlərində artıq 4-cü dəfə ənənəvi olaraq İstanbulda təşkil olunan Etnospor Mədəniyyət Festivalına yekun vurulub. 

"Yeni Sabah"a daxil olan məlumata görə, 16 ölkənin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı 50 nəfərlik heyət ilə təmsil edib. 4 gün ərzində tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə 1 milyondan artıq insan izləyib.

Azərbaycan Respublikasınln Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti və ali dəstəyi sayəsində qorunub saxlanılan və ardıcıl surətdə inkişaf etdirilən Qarabağ atlarının bu tədbirdə iştirakı xüsusilə əlamətdar olmuşdur. Dominos pizza

 “Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərimiz sayılan və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə tamaşaçıların böyük marağına səbəb olmuş və xüsusi zövqlə izlənilmişdir.

Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə Cumhuriyyətinin vitse-prezidenti cənab Fuad Oqtay təqdim edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!