Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?

İdman

17 Dekabr 2025 15:42 527


AFFA Misli Premyer Liqası klublarının 2024-cü ildəki maliyyə gəlirlərini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klubların lisenziyalaşdırılması üzrə hesabatda məlumat yer alıb.

Ən çox gəlir əldəedən "Qarabağ"dır. Ağdam təmsilçisi ötən il 34 milyon 753 min 800 manat qazanıb. "Neftçi" olub 28 milyon 617 min 506 manat əldə edib. "Sabah" isə 26 milyon 953 min 800 manat gəlirlə 3-cü olub. pizza sifarişi

Misli Premyer Liqası klublarının 2024-cü ildəki gəlirləri:

"Qarabağ" - 34 milyon 753 min 800 manat 

"Neftçi" - 28 milyon 617 min 506 manat

"Sabah" - 26 milyon 953 min 800 manat

"Zirə" - 10 milyon 968 min 897 manat

"Sumqayıt" - 9 milyon 178 min, 60 manat

"Səbail" - 7 milyon 799 min 500 manat

"Araz-Naxçıvan" - 6 milyon 208 min 100 manat

"Turan Tovuz" - 6 milyon 145 min 200 manat

"Kəpəz" - 3 milyon 711 min 300 manat

"Şamaxı" - 3 milyon 51 min 300 manat

Klubların gəlirləri reklam və sponsor müqavilələri, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri və bilet satışından ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!