“Bilirsiniz, mən bunu tendensiya kimi qəbul etmirəm. Çünki DTX dövlətin milli təhlükəsizliyi baxımından elə bir məhsul orqandır ki, burada tendensiya yoxdur. Əgər bir şey aşkar olunursa, təbii ki, o, cəzalandırılmalıdır. Yəni bu, elə bir şey deyil ki, deyək, tendensiya davam edəcək. Ancaq mən hesab etmirəm ki, bunu tendensiya kimi qəbul edək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AzKP) sədri Rauf Qurbanov deyib.
Partiya sədri Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun ötən gün Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılması məsələsinə münasibət bildirib: Sezar pizza
“Fərhad Əhmədovun adı mənə tanış gəldi, amma şəxsən tanımıram. Azərbaycanlı milyarderlərdən odur, Vahid Ələkbərovdur, belələrini kənardan qiyabi eşidib, tanıyırıq.
O ki qaldı onun həbsinə, əgər DTX tərəfindən saxlanılıbsa və bu adam milyarderdirsə, deməli, o, əlində müəyyən gücə malik olan adamdır. Onların əlində fakt olmasa, daha doğrusu, bu tipli adamların Azərbaycan əleyhinə olan fəaliyyətlərini araşdırıb, tapmasalar, yəqin ki, bu cür də qərar verməzlər”.
AzKP sədrinə görə, milliyyətindən, şəxsiyyətindən asılı olmayaraq, Azərbaycan dövlətinin milli maraqlarının zəifləməsinə, onun əksinə xidmət edən hər bir insan cazalandırılmalıdır: “Mən Azərbaycan Kommunist Partiyasının rəhbəri olaraq, bu mövqedən çıxış etmişəm və dəfələrlə mövqeyim bundan ibarət olub”.
R. Qurbanov düşünür ki, “beşinci kolon” ifadəsi bu gün Azərbaycanda yanlış tövsif edilir:
“Çox təəssüflər olsun ki, bəzən cəmiyyətdəki Qərbyönümlü insanlar, partiya rəhbərləri “beşinci kolon” deyəndə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan insanları nəzərdə tuturlar. Ancaq mən dəfələrlə televiziya ekranlarında bu məsələyə aydınlıq gətirmişəm ki, “beşinci kolon” yaşadığı və vətəndaşı olduğu dövlətin maraqlarını satan insanlara deyilir. Bu da fərq etmir, istər Rusiya, istər Almaniya, istərsə də digər ölkələr. Öz milli maraqlarını satan insanların özü “beşinci kolon”un nümayəndələridir!”
“Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, Azərbaycanın milli maraqlarına zərbə vuran, ona cavab verməyən, xələl gətirən insanlar qeyd-şərtsiz cəzlandırılmalıdır. Bu, təbii bir haldır və elə başa düşürəm ki, Azərbaycanda elə bir adam tapa bilməzsiniz ki, ölkəmizin milli maraqlarına zərbə vuran insanlara bəraət qazandırsın”, – müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız