Azərbaycan konfetləri Ermənistanda...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan konfetləri Ermənistanda...

Dünya

23 Fevral 2019 02:52 2138


Ermənistan mağazalarında üzərində Azərbaycan dilində markalanma olan konfetlər satışa çıxarılıb. 

Bunu ölkənin Qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin başçısı Georgi Avetisyan deyib. Avetisyanın sözlərinə görə, konfet qutularının üzərində erməni dilində qeyd olmasa da, Azərbaycan dilində və digər dillərdə markalanma olub, bu isə qüvvədə olan qanunvericiliyin pozulmasıdır, həm də onu göstərir ki, məhsul Ermənistana ixrac olunmaq üçün nəzərdə tutulmayıb.

Söhbət “Ferrero SpA” İtaliya şitkərinin istehsal etdiyi “Rafaello” və “Ferrero Rocher” konfetlərindən gedir ki, bunlar Ermənistana “Ferrero SpA” şirkətinin rəsmi nümayəndəliyi tərəfindən deyil, Avetisyanın bildirdiyi kimi, “naməlum təşkilat” tərəfindən idxal olunub. Sezar pizza

“Biz idxalçını tapa bilmədik. Konfetlər “Surmalu” yarmarkasında alınıb. Onlar Ermənistana ya qaçaqmalçılıq yolu ilə gətirilib, ya da gömrük rüsumu tətbiq edilməyən 25, yaxud 50 kiloqramlıq partiya ilə daxil olub”, - Avetisyan bildirib.

“Şübhəli konfetlər” müsadirə edilib, indi Ermənistanın qida məhsulları təhlükəsizliyi dövlət xidməti onların mənşəyini araşdırır.

Oxşar hallar Ermənistanda artıq dəfələrlə baş verib. 2017-ci ildə Yerevan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı qeydə alınmışdı.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!