Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Zirə" öz meydanında "Sumqayıt"a 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar. pizza hut
"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-cü dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Xatırladaq ki, tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq./Oxu.az
Telegram kanalımız