Azərbaycan kubokunda yarımfinal başlayır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kubokunda yarımfinal başlayır

İdman

03 Aprel 2026 09:14 370


Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.

"Yeni Sabah" xəbər verir ki, ilk oyunların eyni gündə keçirilməsi nəzərdə tutulub.

Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb. Sezar pizza

Günün ən çox maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 apreldə oynanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!