Azərbaycan Lapşinə kompensasiya ödəyəcək?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Lapşinə kompensasiya ödəyəcək?

Siyasət

20 May 2021 14:10 1188


Tanınmış rus-israilli bloger Aleksandr Lapşin Avropa İnsan Hüquqları Məhkəməsində qələbə çaldığını və Azərbaycan hökumətinin ona 30 min avro təzminat ödəyəcəyini deyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, rəsmi “Facebook” hesabında yazıb.

Xatırladaq ki, Lapşin 2016-cı ilin sonunda Azərbaycanın müraciətinə əsasən, Minskdə saxlanılıb. O, Azərbaycan hakimiyyətinin razılığı olmadan Qarabağa getdiyinə, həmçinin bloq yazılarında Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırışlarına və Azərbaycan hökumətini təhqir etdiyinə görə “qara siyahı”ya salınıb.  Toyuqlu pizza

Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya və İsrail vətəndaşını “cinayətkar qrupun tərkibində Azərbaycanın dövlət sərhədini qanunsuz keçdiyinə görə” təqsirli bilib və 3 il həbs cəzasına məhkum edib. Lapşin 7 ay Azərbaycan həbsxanasında məhbus həyatı yaşayıb. Azərbaycan Prezidenti İlham Əliyev 11 sentyabr 2017-ci il tarixində onun əfv edilməsi haqqında sərəncam imzalayıb və bundan sonra İsrailə aparılıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!