Tanınmış incəsənət nümayəndəsi Dilarə Əliyeva Milli Mətbuatın 150 illiyi münasibətilə təsis edilən “Əkinçi” mükafatı ilə təltif olunub.
Yenisabah.az xəbər verir ki, sənətçi bu münasibətlə şəxsi "İntagram" hesabında paylaşım edərək sevincini izləyiciləri ilə bölüşüb:
“Milli Mətbuatın 150 illiyində 'Əkinçi' mükafatına layiq görülməyim məni ürəkdən sevindirdi. İnsanlar tərəfindən rəğbət görmək, sevilmək sözsüz ki, ən böyük mükafatdır. Lakin incəsənət adamı üçün ən kiçik jest belə böyük hədiyyədir. Bundan sonra da Azərbaycan mədəniyyəti üçün çalışacağam. Mən də indidən bütün qələm əhlini təbrik edirəm!” – deyə o bildirib. Toyuqlu pizza
Dilarə Əliyeva həmçinin ona bu mükafatı layiq gördüyünə görə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinə və "E Media Group"a minnətdarlığını bildirib.
Aydan Hacı
Telegram kanalımız