Azərbaycan mədəniyyətinə ağır itki - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan mədəniyyətinə ağır itki - Foto

Mədəniyyət

17 İyun 2020 23:20 2166


Xalq rəssamı Mayis Ağabəyov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsmi "Facebook" səhifəsində qeyd olunub.

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb."Babək", "Nəsimi", "Nizami", "Əlvida, cənub şəhəri", "Günaydın, mələyim!" və başqa filmlərin quruluşçu rəssamı olub. pizza sifarişi

1965-ci ildən bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

2000-ci ildə Xalq rəssamı adına layiq görülüb.

Allah rəhmət eləsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!