“Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir” - Vüqar Rəhimzadə

Siyasət

02 May 2024 21:20 472


Ölkəmiz ənənəvi keçirilən sayca VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Forumun mövzusu özundə hazırkı dövrün əsas çağırışını ehtiva edir. Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrini təqdim etməklə yanaşı, bugünümüz və gələcəyimiz üçün qarşıda dayanan hədəfləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı zamanı səsləndirdiyi çağırışlara yönəldib. Qeyd edib ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi 2019-cu ildən bizləri beş illik zaman ayırır. “2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb” söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Belə bir əminlik də ifadə olundu ki, Forum çərçivəsində yeni ideyalar və  yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın.  pizza hut

YAP Xətai rayon təşkilatının sədri Forumun mövzusuna uyğun olaraq qeyd edib ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycanın həyata keçirdiyi məqsədyönlü xarici siyasətin əsas tərkib hissəsidir. Ölkəmiz tarixi Zəfərindən sonra Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha diqqəti bu məsələyə yönəldərək bildirdi ki, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə müsbət tendensiyaya və sülhə doğru gedirik. Sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Cənubi Qafqazda buna imkan verməyəcəyik. Otuz illik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki,  Cənubi Qafqazda bütün problemlər yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,  Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi də bu kimi məqamlara  aydınlıq gətirir. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir.

Vüqar Rəhimzadə diqqəti bəzi Avropa ölkələrinin, xüsusilə də Fransanın neokolonializm siyasətinə də yönəldib. Qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Forumda vurğuladığı kimi, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki,  XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!