Azərbaycan millisinin yeni baş məşqçisi   AÇIQLANDI - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin yeni baş məşqçisi AÇIQLANDI - FOTO

İdman

30 Sentyabr 2025 13:01 517


Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Yenisabah.az xəbər verir ki, bu posta Ayxan Abbasov təyinat alıb.

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb. Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib. Marqarita pizza

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, son olaraq U-21 millimizi çalışdıran Ayxan Abbasov, eyni zamanda, "Şamaxı"nın baş məşqçisidir.

Xatırladaq ki, Fernandu Santuşun istefaya göndərilməsindən sonra Ukrayna ilə matça komandanı meydana Ayxan Abbasov çıxarmışdı. Oyun 1-1 hesabı ilə başa çatmışdı.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!