“Azərbaycan mina terrorundan əziyyət çəkir” - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan mina terrorundan əziyyət çəkir” - Prezident

Siyasət

02 Noyabr 2022 00:17 737


"Azərbaycan mina terrorundan əziyyət çəkir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.

"Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb", - İlham Əliyev qeyd edib. Sezar pizza

Dövlət başçısı azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri barədə də danışıb:

"Artıq biz öz şəhər və kəndlərimizə qayıtmışıq, onları yenidən qururuq, öz resurslarımız hesabına bərpa işləri ilə məşğuluq. Əfsuslar olsun, beynəxalq donor təşkilatlar bu işdə bizə yardım etmir. Biz özümüz bunu edirik"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!