Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi - Foto

Siyasət

02 Dekabr 2020 18:55 1109


Dekabrın 2-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri cənab Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.

O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!