“Azərbaycan Münhen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Münhen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır” - Vüqar Rəhimzadə

Siyasət

17 Fevral 2023 18:25 677


Dövlət başçısı İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Ənənəvi olaraq hər ilin fevral ayında təşkil edilən Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu olmaqla yanaşı, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi dövlətimizin başçısının qlobal səviyyəli lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisidir. Marqarita pizza

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezdient İlham Əliyev fevralın 17-də Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdü, forum çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak etdi. Bu görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək dəyərləndirildi. 

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ilk görüşlərdən Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzu, ölkəmizə, onun liderinə göstərilən etimad özünü aydın şəkildə nümayiş etdirir. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan Münhen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!