Politoloq Zərdüşt Əlizadə radikal müxalifətin gələn il fevralın 7-də keçiirləcək prezident seçkilərini boykot etməsinə münasibət bildirib.
O, Yenisabah.az-a açıqlamasında Azərbaycanda bərabərhüquqlu rəqabət üçün heç bir mühitinin olmadığını vurğulayıb. Z.Əlizadə qeyd edib ki, Azərbaycanda müxalifətin bu gün ictimai bazası yoxdur: "Ona görə ki, müxalifət hərəkat yaranandan bəri özünü fikirləşir. Müxalifət insan haqları, demokratiya və azadlığa xəyanət etdi, bütün dəyərləri satdı. Nəticədə, xalq da onlardan üz döndərdü. Bir-birinin ardınca, yanlış qərarlar qəbul etdilər. Sonra da xalqın etimadını itirdilər”, - deyə o, əlavə edib.
Siyasi təhlilçinin fikrincə, 30 ildə müxalifət yalnız yanlış qərarlar qəbul etdi, 17-18 seçkini uduzdu, öz sıralarından azad düşüncədə olanları çıxdaş etdi: Dördpendirli pizza
“Müxalifət onların peşəsi oldu. Mən hakimiyyətin siyasətini də dəstəkləmirəm. Çünki iqtisadiyyatda ciddi problemlər var. Lakin müxalifət bunu düzəldilməsi üçün təkliflər irəli sürmür. Əksinə, onlar hakimiyyətin etdiyini öz partiyalarında edirlər. Odur ki, onlar indiki hakimiyyətə alternativ ola bilməzlər. Çünki onlar iqtidarın astarıdırlar”.
“İndiki halda Qarabağ Azərbaycana qaytarılandan sonra hakimiyyətin nüfuzu çox yüksəkdir. Bu nüfuza qarşı heç bir siyasi partiya və lider mübarizə apara bilməz. Deyə bilərlər ki, burada qanunlar pozulur, korrupsiya var və s. Lakin bu gün Qarabağ qayıdıb, Azərbaycan qalib dövlətdir, torpaqlarını azad edib və bunu da həyata keçirən İlham Əliyevdir. Necə olub, nə təhər olub, bu, xalqı maraqlandırmır. Əsas odur ki, 30 ildir davam edən erməni işğalçılığına son qoyulub. Ona görə də İlham Əliyev bu seçkilərin favoritidir”. – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız