Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət olundu

Siyasət

05 İyun 2023 16:14 607


Azərbaycan bu gün ilk dəfə olaraq NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi ilə bağlı “NATO+tərəfdaşlar” formatında keçirilən iclasında dəvət olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə "Twitter" paylaşımında məlumat yayıb.

O qeyd edib ki, Beynəlxalq Əlaqələrin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova NATO Baş Qərargahında enerji təhlükəsizliyi ilə bağlı müttəfiq ölkələrə və dəvət edilən qonaqlara brifinq verəcək. pizza hut

O, NATO-nun İqlim və Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Mayk Rüle və Litvadakı NATO Enerji Təhlükəsizliyi Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!