Azərbaycan naziri kralla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan naziri kralla görüşdü

Dünya

05 Fevral 2019 01:34 959


Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Nazirliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

“Yeni Sabah” xəbər verir ki, səfər zamani İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycanla əməkdaşlığın inkişafının Səudiyyə Ərəbistanı üçün prioritet olduğunu bildirən Kral, hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini məmnuniyyətlə qeyd edib, bu səfərin ikitərəfli əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini, habelə ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, regionda sülhün bərqərar olmasında maraqlı olduğunu bildirib. Sezar pizza

Sonra nazirliklər arasında ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, elektron ədliyyə, elektron məhkəmə, ədliyyə işçilərinin və hakimlərin tədrisi və digər sahələrdə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!