Azərbaycan neft ixracını 4 dəfədən çox artırıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neft ixracını 4 dəfədən çox artırıb

İqtisadiyyat

26 May 2025 10:08 365


Azərbaycandan bu ilin yanvar-aprel ayları ərzində Yunanıstana 232,4 min ton neft ixrac edib.

Yenisabah.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə Yunanıstana ixrac edilmiş neftin dəyəri isə təxminən 129 milyon dollar olub. pizza sifarişi

Son bir il ərzində ixracın həcmində 177,1 min ton (4,2 dəfə), dəyərində isə 92,3 milyon dollar (3,5 dəfə) artım baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana 36,7 milyon dollar dəyərində 55,3 min ton neft ixrac etmişdi.

Bu ilin 4 ayının nəticələrinə əsasən Yunanıstana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 944 manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisinə görə 185 manat (16,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1 129 manata bərabər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!