Azərbaycan nefti 1,34 dollar ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti 1,34 dollar ucuzlaşdı

İqtisadiyyat

25 Fevral 2026 09:31 309


"Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,34 ABŞ dolları və ya 1,83 % azalaraq 71,97 ABŞ dolları təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!