Azərbaycan nefti bahalaşdı -   Bu qiymətə satılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı - Bu qiymətə satılır

İqtisadiyyat

03 Mart 2026 09:41 4722


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 9,4% bahalaşaraq 79,6 ABŞ dolları olub.

Bütövlükdə, ABŞ-İsrail-İran qarşıdurmasının genişlənməsi fonunda qlobal neft bazarlarında qiymətlər son 4 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bazar məlumatlarına görə, Brent markalı neftin qiyməti 13 faizə qədər artaraq bir barel üçün 82,37 dollara çatıb. Bu göstərici 2025-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək səviyyədir. Son ticarət əməliyyatlarında isə qiymət 79,34 dollar olub. pizza

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,75 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zalxan
    Azərbaycan vuranda xəbər ver
    2 months ago