Azərbaycan nefti bahalaşıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

18 Dekabr 2025 09:45 412


İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,95 ABŞ dolları və ya 1,52 faiz artaraq bir barel üçün 63,40 ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,92 dollar və ya 1,52 faiz bahalaşaraq 61,32 dollar olub. pizza hut

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,7 faiz artaraq bir barel üçün 31,61 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,67 dollar və ya 1,11 faiz artaraq bir barel üçün 60,87 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!