Azərbaycan nefti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

27 Fevral 2019 14:54 1701


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-i 66,24 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,25 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,41 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,32 dollar/barel azdır. Dominos pizza

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,16 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 2,91 dollar/barel azdır.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!