Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov ölkəmizin Təl-Əvivdə səfirlik açması məsələsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, diplomat bu barədə İsrailin "The Jerusalem Post" nəşrinə danışıb.
Muxtar Məmmədov bildirib ki, son onilliklərdə Azərbaycan üçün çox şey dəyişib: “Məsələn, ötən il Azərbaycan Avropa ilə enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Biz təkcə Avropanı neft və qazla təmin etmirik, həm də bu yaxınlarda elektrik enerjisinin Avropaya çatdırılması üçün yeni memorandum imzalamışıq. Bununla da biz həm də yaşıl enerji yolundayıq. Azərbaycan isə indiyədək İsrailin neftə olan tələbatının təxminən 65-70%-ni təmin edir. Bu da böyük səbəblərdən biridir. Azərbaycanın Ermənistan üzərində qələbəsi həm də oyun dəyişikliyi edib. Biz İsraildə səfirlik açmağı son məqsəd hesab etmirik. Bu, növbəti səhifənin başlanğıcıdır. Biz istəyirik ki, səfirlik müxtəlif sahələrdə, xüsusən də insanlar arasında əlaqələri genişləndirmək üçün vasisə olsun”. pizza hut
Diplomat təyinatından əvvəl də İsrailə səfər etdiyini vurğulayıb: “5 il əvvəl Azərbaycanda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışdığım dövrdə İsrailə səfər etmişəm. İsraillə təhsil sahəsində əməkdaşlıqlarımız var”.
Səfir, həmçinin deyib ki, onu İsraildə hər kəs səmimi qarşılayıb: “Biz İsraildə səfirlik açmağı son məqsəd hesab etmirik. Bu, növbəti səhifənin başlanğıcıdır. Biz istəyirik ki, səfirlik müxtəlif sahələrdə, xüsusən də insanlar arasında əlaqələri genişləndirmək üçün bir alət olsun”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fevralın 28-də Muxtar Məmmədov İsrailə səfər edib.
Telegram kanalımız