Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

Hadisə

23 Oktyabr 2019 05:34 2646


Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər silahla ehtiyatsız davranması nəticəsində aldığı güllə yarasından həyatını itirib.

Bir il öncə hərbi xidmətə gedən Həsən Bədəlov oktyabrın 22-də doğulduğu Neftçala şəhərində torpağa tapşırılıb. Məlumatı həmin bölgədə yaşayan ictimia fəal Emil Məmmədov da öz "Facebook” hesabında paylaşıb. pizza mizza

Onun sözlərinə görə, əsgərin atası hərbi qulluqdan ehtiyata buraxılmış polkovnik-leytenantdır. Məsələ ilə bağlı Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!