“Azərbaycan Ordusu heç yerə çəkilməyib” - Hovsepyan Qukasyanın iddiasını yalanladı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Ordusu heç yerə çəkilməyib” - Hovsepyan Qukasyanın iddiasını yalanladı

Siyasət

08 İyun 2023 22:50 1443


Qərbi Zəngəzur (Sünik) qubernatoru Robert Qukasyanın Azərbaycan Ordusunun Dığ (Dağ) kəndinin bəzi istiqamətlərində geri çəkilməsi ilə bağlı açıqlamasını erməni mənbələri də təkzib edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, Dığ kəndinin Ağsaqqallar Şurasının üzvü Arqam Hovsepyan media ilə əlaqə saxlayaraq, Qukasyanın bu iddiasına münasibət bildirib.

“Azərbaycan Ordusu heç yerə çəkilməyib. Əgər azərbaycanlılar geri çəkilsəydi, mən bilərdim”, - deyə o qeyd edib. pizza sifarişi

Xatırladaq ki, 6 iyunda Rober Qukasyan Azərbaycan Ordusunun “bəzi istiqamətlərdə geri çəkildiyini” bildirsə də, hərbi mənbələr bunun yalan olduğunu vurğulamışdılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!