"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu mühüm addım Ümummilli Liderin ordu quruculuğuna diqqətinin bariz nümunəsidir".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, yaradılan nizami ordunun ilk sınağı məhz 1994-cü ildə oldu. Silahlı Qüvvələrimiz həmin il uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ümummilli Lider daim bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədöynlü siyasəti nəticəsində iqtisadi imkanlarımızın genişlənməsi ordu quruculuğu sahəsində biri-birindən mühüm addımların atılmasını şərtləndirdi. Dördpendirli pizza
YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, 2003-cü ildən başlanan Böyük Yolun davamı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində mühüm işlərin görülməsi ilə xarakterizə edilir. Reallıq budur ki, dövlət başçısı İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr edilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və hərbi texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritetliyi dövlət büdcəsindən ayırmalarda da özünün aydın ifadəsini tapır. Belə ki, hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrılır, ordu ən müasir silahlarla təchiz edilir, ölkəmizin ayrı-ayrı nüfuzlu dövlətlərlə hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirilir. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.
Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər rəşadətli ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Günnüt zəfərində isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni hərbi birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə də dövlət başçısı İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.
Telegram kanalımız