Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 fevral - Gənclər Günü münasibətilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbərliyi, veteranlar, Azərbaycan Ordusunu təmsil edən gənclər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.
Müdafiə naziri Zakir Həsənov çıxış edərək 2 fevral - Gənclər Günü münasibətilə Azərbaycan Ordusu gənclərini təbrik edib: “Azərbaycan Ordusunun hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaradıb. Ən əsası odur ki, ordunun döyüş qabiliyyətini təyin edən mütəxəssislərin 70 faizi gənclərdir.” Dördpendirli pizza
Telegram kanalımız