Azərbaycan Ordusu təlim meydanlarına çıxarıldı -   Zakir Həsənov hadisə yerində

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusu təlim meydanlarına çıxarıldı - Zakir Həsənov hadisə yerində

Siyasət

10 Aprel 2026 11:04 421


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb. pizza mizza

Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!