Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıdı - Türkiyəli hərbi ekspert

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıdı - Türkiyəli hərbi ekspert

Siyasət

26 Sentyabr 2021 13:01 946


Türkiyə və Azərbaycan əməkdaşlığı yeni bir hadisə deyil. Birinci Qarabağ müharibəsindən etibarən genişlənən əlaqələr bugünlərə qədər gəlib çatıb.

Bunu Trend-ə açıqlamasında tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, 44 gün davam edən müharibə dövründə Türkiyə Azərbaycana həm mənəvi, həm beynəlxalq hüquq çərçivəsində dəstək göstərdi: Pepperoni pizza

"Müharibə zamanı Türkiyənin göstərdiyi mənəvi, siyasi, diplomatik dəstəklər, o cümlədən hərbi əməkdaşlıq müharibənin qələbə ilə bitməsinə təzahür etdi.

Ancaq burada əsas həqiqət odur ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıldı. Türkiyə dost, qardaş olaraq etməli olduğu və əlindən gələn dəstəyi göstərdi."

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının birinci ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!