“Azərbaycan Paşinyandan milyardlarla dollarlıq silah aldı” - Serj Sərkisyandan cavab

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Paşinyandan milyardlarla dollarlıq silah aldı” - Serj Sərkisyandan cavab

Siyasət

13 Aprel 2023 23:10 1259


Ermənistan Baş naziri Nikol Paşinyan məğlubiyyətdə hərbçiləri günahlandırır, lakin ordunun başını özü kəsib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

“Əgər ətrafda hamı – hərbçi, komandir, Ermənistanda bütün kişilər günahkardırsa, o özü nə edib? Nə üçün komandirləri dəyişməyib, əksinə, ordunun başını kəsdi”, - o bildirib. Sezar pizza

Sərkisyanın sözlərinə görə, Tovuz döyüşləri zamanı (2020, iyul) Paşinyan sinəsinə döyərək özünü qalib və ali baş komandan adlandırıb.

Eks-prezident, həmçinin, Paşinyanın erməni hərbçilərinin Azərbaycana qiyməti milyardlarla dollarla ölçülən silah “qoyub getməsi” açıqlamasına da münasibət bildirib. O bildirib ki, Azərbaycan erməni hərbçilərdən deyil, Paşinyanın özündən o silahları alıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!