Azərbaycan Prezidenti İranla bağlı tapşırıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Prezidenti İranla bağlı tapşırıq verdi

Siyasət

04 Aprel 2026 09:27 489


Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.

“Yeni Sabah” xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır. Dominos pizza

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

Qeyd edək ki, bu, fevralın 28-dən bəri Azərbaycanın İrana göndərdiyi sayca 3-cü humanitar yardımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!