Azərbaycan Prezidenti Qətər Əmirini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik etdi

Siyasət

18 Dekabr 2022 11:14 685


Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmirini milli bayramı münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Pepperoni pizza

Əminəm ki, Azərbaycan ilə Qətər arasında güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq münasibətləri və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək Qətərdə futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edilməsi və uğurla keçirilməsi münasibətilə də Sizi ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!