Milli Məclisin deputatı Cavid Osmanovun “Yeni Sabah”a müsahibəsi:
- Artıq qələbəmizdən 2 il keçir. Bu 2 ildə Qarabağ və sülh müqaviləsi ətrafında gedən prosesləri habelə dövlət başçısının bu məsələdəki iradəsini necə qiymətləndirirsiniz?
- 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qələbə qazandı. Əlbəttə ki, bu qələbə bizə şəhidlərimizin canı-qanı, o cümlədən qazilərimizin sağlamlığı bahasına başa gəldi. pizza mizza
Vətən Müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan tarixinin ən parlaq qələbəsidir. Çünki Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, həm də bununla yanaşı, tarixi ədaləti bərpa etdi. Eyni zamanda təkcə Ermənistan üzərində qələbə qazanmadıq, eləcə də dünyadakı erməni faşizmini məğlub etdik.
Digər bir tərəfdən, Vətən Müharibəsindəki möhtəşəm zəfərimiz Azərbaycan xalqının ruhunu göstərdi və artıq bundan sonra Azərbaycan xalqı, dünya azərbaycanlıları əbədi olaraq qalib xalq, qalib ordu və qalib dövlət kimi yaşayacaqdır.
Əlbəttə, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi qələbənin kökündə, ilk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düzgün qurduğu strategiya, düşünülmüş addımlar, eləcə də prinsipiallıq, qətiyyətlik və xalqımızın milli maraqlarına söykənən siyasət dayanırdı. Eyni zamanda Vətən Müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, biz bölgədə sülh, əmin-amanlıq, təhlükəsiz həyat, qarşılıqlı əməkdaşlıq, regional inkişaf istəyirik və bunun üçün də Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etmişik.
Bu gün artıq Azərbaycan tərəfindən təklif olunan 5 baza prinsipləri əsasında müzakirələr həyata keçirilir və bu günə qədər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində müxtəlif vasitəçilər tərəfindən keçirilən bütün görüşlərdə Azərbaycan tərəfindən formalaşmış gündəlik ətrafında müzakirələr aparılır və istənilən görüşlərin yekunu olaraq biz görürük ki, bu görüşdə də Azərbaycana hansısa təzyiqlər və təsirlərin göstərilməsinə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik məharəti və xalqımızın milli maraqlarına söykənən bir siyasət yürütməklə Azərbaycan bütün görüşlərdən diplomatik qələbə ilə çıxır. Döyüş meydanında əldə etdiyimiz tarixi qələbə artıq siyasi-diplomatik müstəvidə də qələbəmizi möhkəmləndirməkdədir.
Ermənistan və onun havadarları tərəfindən müxtəlif təxribatlar həyata keçirilərək sülh müqaviləsinin imzalanmasına süni əngəllər törədilir. Amma düşünürəm ki, Ermənistanın, ilk növbədə, başqa bir çıxış yolu yoxdur ki, Azərbaycanla sülh müqaviləsini imzalamasın. Çünki bu proses baş verməsə, bu, ilk növbədə, Ermənistanın özünün sonu demək olacaq. Əlbəttə, Azərbaycanın dövlət başçısının qətiyyəti nəticəsində biz görürük ki, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atılır və düşünürəm ki, Azərbaycan Prezidentinin siyasi iradəsi ortadadır. Bu da bütün dünyaya dəfələrlə bəyan edilib. Həmin dəmir iradə nəticəsində də Azərbaycan necə ki 44 günlük müharibədə qələbə qazandı, eləcə də diplomatik müstəvidə də tarixi zəfəri əldə etməkdəyik.
- Dövlət başçısının müharibədən sonrakı çıxışlarında daim Azərbaycanın sülh tərəfdarı olması öz əksini tapıb. Sülhpərvər siyasət siyasət bizə gələcəkdə nə vəd edir?
- Əlbəttə, Azərbaycan 44 günlük Vətən Müharibəsinədək hər zaman çalışırdı ki, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapsın. Təəssüf ki, düşmən tamamilə fərqli bir yol tutdu və bildiyimiz kimi, Vətən Müharibəsindən əvvəl müxtəlif təxribatlar törətməyə başladılar. İstər 2020-ci ilin 12 iyul tarixində Tovuz istiqamətində həyata keçirdikləri genişmiqyaslı təxribat – hansını ki, Azərbaycan Silahlı Qüvvələri qətiyyətlə bu təxribatın qarşısını aldı və düşmənə sarsıdıcı zərbə endirdi – istərsə də Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlər, bəyanatlar, habelə Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” konsepsiyası, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözlərini ifadə etməsi, o cümlədən üzləşdiyimiz beynəlxalq riyakarlıq və s. Eləcə də biz gördük ki, ATƏT-in Minsk qrupu münaqişəni və status-kvonu saxlamaq niyyətində idilər və Ermənistanın maraqlarına xidmət edirdilər. Artıq sentyabr ayının 27-də Ermənistan tərəfindən başladılan genişmiqyaslı təxribatın qarşısını alan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın əmri ilə əks-hücum əməliyyatına başladı və torpaqlarımız işğaldan azad olundu.
Vətən Müharibəsi bitəndən sonra Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz sülh tərəfdarıyıq və sülh müqaviləsinin imzalanması, əlbəttə ki, vacib bir məqamdır. Biz güclü, qalib tərəf olaraq, bu istiqamətdə mühüm addımlar atırıq. Əlbəttə, sülhsevər siyasət gələcəkdə Azərbaycanı xalqının sülhsevər bir xalq kimi tanıdılması istiqamətində, ölkəmizin multikultural dəyərlərə, tolerantlıq mühitinin formalaşmasında və inkişafında Azərbaycan nümunəvi bir modeli dünyaya təqdim etmişdir. Eyni zamanda bölgədə sülhün olması gələcəkdə nəinki Azərbaycanda, o cümlədən regional baxımdan çox vacibdir.
- Prezidentin Vətən Müharibəsindən sonrakı çıxışlarında daim “yeni reallıqlar” ifadəsi öz əksini tapıb. Yeni reallıqlar güclü Azərbaycan konsepsiyasının qurulmasında nə dərəcədə əhəmiyyətlidir?
- 44 günlük Vətən Müharibəsindən sonra Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, artıq bölgədə yeni reallıqlar formalaşdırılıb. Yeni reallıqlar Azərbaycanın daha güclü və qüdrətli bir ölkəyə çevrilməsi baxımından çox vacib bir əhəmiyyət daşıyır. Birincisi, əgər Azərbaycanın Vətən Müharibəsindən əvvəl milli ideyası yaxın gələcək üçün torpaqlarımızın işğaldan azad olunması və güclü və qüdrətli Azərbaycan qurmaq idisə, düşünürəm ki, artıq ölkə başçısının rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ savaşında Azərbaycan tarixi qələbə qazanmaqla həm milli ideyamızın reallığa çevrilməsini həyata keçirdi, eyni zamanda da güclü və qüdrətli Azərbaycanın qurulduğunu bütün dünyaya nümayiş etdirdi.
Məncə, Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra artıq yeni konsepsiyalar və yeni milli ideyalar formalaşıb. Yaxın gələcək üçün, əlbəttə ki, bu milli ideya işğaldan azad olunan ərazilərimizin yenidən qurulması və bərpasıdır. Hansı ki, ölkə Prezidenti Ağdamda bir müddət əvvəl keçirilmiş Beynəlxalq Şəhərsalma Forumundakı çıxışında bunu qeyd etdi və daha qlobal baxımdan biz qeyd etsək, artıq Azərbaycanın daha güclü və daha qüdrətli bir ölkəyə çevrilməsi istiqamətində xalqımızda bir milli ideya formalaşıb ki, bunun da kökündə bizim milli birliyimiz dayanır. Bu milli birlik də Azərbaycan tarixinin ən dahi sərkərdəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşməkdir. Bu milli birlik necə ki güclü və qüdrətli Azərbaycan qurmaq istiqamətində ən vacib faktorlardan biri idi. Hansı ki, cənab Prezidentimizin, Ordumuzun ətrafında bu birlik nümayiş olundu və bu milli birlik bizi 44 günlük Vətən Müharibəsində tarixi zəfərə apardı. İndi daha güclü və daha qüdrətli Azərbaycan qurmaq milli ideyası, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası ətrafında xalqımızın həmrəyliyi və birliyi nəticəsində bu istəklər reallığa çevriləcəkdir.
- Ölkə başçısı Astanadakı çıxışında xalqımızın milli maraqlarına toxunaraq qeyd etdi ki, xaricdəki soydaşlarımızın təhlükəsizliyi də bizim üçün vacibdir. Bu mesaj sizcə, kimə idi?
- Əlbəttə ki, Azərbaycan Prezidenti dünya azərbaycanlılarının daha mütəşəkkil şəkildə, milli maraqlar baxımından vahid və sistemli irəliləməsi üçün hər zaman mühüm addımlar atmışdır. O cümlədən Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da dünya azərbaycanlıların qarşısında ölkə Prezidenti tərəfindən prioritet məsələlər və vəzifələr müəyyənləşdirildi.
Cənab Prezident, eyni zamanda bununla yanaşı, azərbaycanlıların hansı ölkədə yaşamasından asılı olmayaraq, onların təhlükəsizliyini ölkəmizin prioritet bir məsələsi kimi müəyyənləşdirib. Azərbaycan Prezidentinin bu məsələyə xüsusi toxunması və bu məsələni dünya ictimaiyyətinə çatdırması, əlbəttə ki, mühüm bir mesaj idi. Eyni zamanda biz son zamanlar digər bir tərəfdən də görürük ki, regional ölkələrdən olan İranda yaşayan soydaşlarımızın hüquqlarının tapdalanması uzun illərdir davam etməkdədir. Həm ana dilində təhsil almaları üçün soydaşlarımıza şəraitin yaradılmaması, hər hansısa ictimai birliklərin qarşısının alınması, digər bir tərəfdən, ana dilində KİV-nin İranda olmaması orada yaşayan soydaşlarımıza qarşı molla rejimi tərəfindən hüquqlarının tapdalanmasına gətirib çıxarır.
Düşünürəm ki, bu mesaj, ilk növbədə, məhz İrana idi. Son zamanlar biz görürük ki, İran artıq Azərbaycana qarşı qərəzini gizlədə bilmir. Çünki İranı ciddi narahat edən ən vacib məsələ güclü və qüdrətli Azərbaycanın olmasıdır. Bundan başqa, İranın molla rejimi oradakı soydaşlarımıza qarşı amansız mübarizə aparıblar. İndi İranda 2 aya yaxındır davam edən etirazlar fonunda İranda yaşayan xalqların hakimiyyətə qarşı apardığı mübarizədə iqtidar soydaşlarımıza qarşı da amansız davranışlar sərgiləyir.
- Müharibədən sonra Azərbaycan Ordusunun komplektləşdirilməsi sahəsində böyük uğurlara imza atıldı. Yeni silahlar, Türkiyə ilə birlikdə ardıcıl təlimlər də döyüş ruhunun daim ayaqda qalması isə əsas prioritetdir. Bu addımları necə qiymətləndirirsiniz?
- Birincisi, onu qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələrinin təməli məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyev də 2003-cü ildən indiyə qədərki Prezidentlik dövründə ölkəmizin iqtisadi gücünü artırmaqla paralel olaraq ən müasir texnologiyalara yiyələnmiş və vətənpərvər gənclərdən ibarət peşəkar bir ordu qurmağı bacardı. Nəticə də o oldu ki, Azərbaycan ordusu dünyanın aparıcı 50 güclü ordusu sıralarında qərarlaşıb.
44 günlük Vətən Müharibəsində biz gördük ki, doğrudan da Azərbaycan Ordusu V nəsil müharibə aparmaqla ləyaqətli bir savaşı həyata keçirdi. Eyni zamanda da bu 2 illik müddətdə də biz gördük ki, Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında apardığı hərbi əməliyyatlar bu gün dünyanın aparıcı ölkələri tərəfindən öyrənilir və belə bir hərbi əməliyyatların aparılması qaydası həmin ölkələrin hərbi birləşmələrində təlimlər səviyyəsində həyata keçirilir. Azırbaycan Ordusunun apardığı əməliyyatlar bu günə kimi hələ də yaxından öyrənilməkdədir.
Eyni zamanda Vətən Müharibəsi bitəndən sonra Azərbaycan yenə də öz ordu quruculuğu istiqamətində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz artıq daha güclü və daha qüdrətli olmalıyıq. Bu baxımdan, ordumuz da eyni formada inkişaf etməlidir. Artıq yeni müqavilələr bağlanır və ən müasir silah-sursat, müasir texnologiyalar alınır. O cümlədən ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan müdafiə sənayesi məhsullarının istehsalına da çox mühüm yer verilir. Biz görürük ki, Azərbaycan Silahlı Qüvvələrinin təminatının çox hissəsi daxili istehsalla təmin olunur. Eyni zamanda Azərbaycanın istehsal etdiyi silahlar xarici ölkələrdə də çox maraqla izlənilir və Azərbaycanla müqavilələr bağlanır. Digər bir tərəfdən artıq “Komando” hərbi birləşmələri artıq formalaşdırılır. Biz görürük ki, xüsusən də işğaldan azad olunmuş ərazilərdə artıq ölkə başçısının iştirakı ilə yeni “Komando” hərbi birləşmələrinin hərbi hissəsinin açılış mərasimi olmuşdur.
Eləcə də biz bilirik ki, qardaş Türkiyənin çox güclü və qüdrətli bir ordusu var. NATO kimi alyansda güclü ordular sırasında 2-ci yerdə qərarlaşıb. Biz, eyni zamanda qardaş Türkiyə ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin yenidən komplekləşdirilməsi istiqamətində də mühüm işlər görürük, habelə ardıclı hərbi təlimlərim keçirilməsini həyata keçiririk.
Əlbəttə, bu, onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri artıq yaxın gələcəkdə dünya ordu quruculuğu sırasında daha yüksək yerlərdə qərarlaşacaqdır. Bir sözlə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycanın daha güclü və daha qüdrətli ölkə olmaq üçün mühüm addımlar atılır və artıq yaxın gələcəkdə daha güclü və daha qüdrətli bir ölkəyə çevriləcəyik.
Rafi MÜSLÜMOV
Telegram kanalımız