“Azərbaycan Xankəndiyə humanitar yük göndərməklə bölgəyə aydın bir mesaj verir ki, biz onları heç bir blokadada saxlamırıq. Bu baxımdan, onları blokada saxlayanın kim olduğu aydındır”.
Bu sözləri Yenisabah.az-a açqılamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.
Eks-nazir 2 yük maşınından ibarət 40 tonluq humanitar yükün bu gün Xankəndiyə yola salınması məsələsinə münasibət bildirib. Dördpendirli pizza
Müsahibimizin fikrincə, burada ikinci əsas məsələ isə ondan ibarətdir ki, Azərbaycan hökuməti bu yardımı bölgədəki reinteqrasiya tərəfdarlarına edir.
Onun sözlərinə görə, rəsmi Bakı bu adımı ilə, həmçinin sıravi erməniləri girov saxlayan separatçı xuntaya ciddi zərbə vuracaq.
Onun fikrincə, bununla hamıya bəlli olacaq ki, sadə xalqın problemlərə düçar olmasının, onlara əziyyət verilməsinin səbəbkarı kimdir.
Analitik hesab edir ki, bu, düzgün bir addımdır:
“Əminəm ki, Azərbaycan bu məsələdə lazımi şəkildə məqsədlərinə çatacaq. İstənilən nəticəyə baxmayaraq, bu, düzgün bir addımdır. İndi humanitar yükü qəbul edərlər, lap yaxşı, etməzlərsə, öz işləridir”.
T. Zülfüqarova görə, ola bilsin ki, ermənilər humanitar yükləri qəbul etməsinlər:
“Bəlkə də bölgədəki işğalçı xunta onlara bu imkanları verməyəcək. Çünki onların müxtəlif instansiyalara müraciəti məhz onunla bağlı idi ki, insanlar əziyyət çəkir, humanitar problem vardı. Rəsmi Bakının göndərdiyi humanitar yardımla isə onların arqumenti tam dağılır və məntiqsiz yalanları ifşa olunub”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız