Azərbaycan qaz ixracını artırıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qaz ixracını artırıb

İqtisadiyyat

16 Aprel 2019 22:40 849


2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb.

SOCAR-dan “Yeni Sabah”a verilən məlumata görə, rüb ərzində ölkədə 9 mlrd. kub.m-dən çox təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir.

Hesabat dövründə neft hasilatının stabil qaldığı bildirilir. Dördpendirli pizza

Məlumata görə, təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınıb. Eləcə də ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd kub.m, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil edib. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd kub.m qaz hasil olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!