Azərbaycan qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək - Fotolar

Siyasət

19 Dekabr 2021 14:28 618


Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.

Ombudsman Aparatından Yenisabah.az-a verilən məlumata görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılıb.

Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.ombudsman Səbinə Əliyeva , Füzuli rayonuna səfərombudsman Səbinə Əliyeva , Füzuli rayonuna səfərombudsman Səbinə Əliyeva , Füzuli rayonuna səfərombudsman Səbinə Əliyeva , Füzuli rayonuna səfər Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!