“Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibi olan dövlətdir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibi olan dövlətdir”

Siyasət

01 İyun 2023 19:23 733


Azərbaycan daim malik olduğu təbii resurslara, eyni zamanda, yerləşdiyi coğrafi məkana görə dünyanın diqqətində olub. Bu diqqət ayrı-ayrı dövrlərdə tamamilə fərqli olub. 

Mayın 31-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, 1994-cü ildən başlayaraq Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Pepperoni pizza

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi dünyaya açılan pəncərə kimi dəyərləndirildi. Artıq bu pəncərənin açılması ilə növbəti layihələr üçün stimul yarandı. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və geniş mənada dünyada neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün artıq Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan, Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, bizimlə əməkdaşlıq edən dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik.

Baş redaktor bildirib ki, əvvəlki sərgidən ötən bir il ərzində Azərbaycanın enerji sektorunda qazanılan uğurların xronologiyası çoxşaxəli enerji diplomatiyamızın təqdimatıdır. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Avropaya digər enerji körpüsünü də salmağa başlayıb. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. 

Baş redaktor vurğulayıb ki, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!