Azərbaycan rayonlarında leysan: Bəzi çaylar daşıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan rayonlarında leysan: Bəzi çaylar daşıb

Sosial

04 Avqust 2023 13:13 849


Milli Hidrometeorologiya Xidmətin məlumatına görə, bir sıra rayonlarında leysan xarakterli yağış yağır.

Yenisabah.az xəbər verit ki, Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Leysan nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıçaydan sel keçir. pizza sifarişi

Eyni zamanda, şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!