Azərbaycan şahmat millisi dünya çempionatında 1/4 finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan şahmat millisi dünya çempionatında 1/4 finala yüksəldi

İdman

20 Noyabr 2025 20:54 902


Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərində qələbə qazanıb.

"Report"un məlumatına görə, yığma IV turda İspaniya ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçilərimizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb. Dominos pizza

Bu nəticə ilə Azərbaycan 1/4 finala yüksəlib və bu raundda Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!