Azərbaycan şairlərinin şeirləri Ermənistanda çap olundu   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan şairlərinin şeirləri Ermənistanda çap olundu - FOTO

Yazar

22 Noyabr 2022 10:32 6834


Azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antalogiyaya salınıb.

Bakupost.az xəbər verir ki, bu barədə mühacirətdə yaşayan şairə Günel Mövlud "Facebook" hesabında məlumat paylaşıb.

Günel Mövlud bildirib ki, erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antalogiyaya, Azərbaycanın tanınmış şairləri Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin və Nərmin Kamalın da şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib. Marqarita pizza

Aqşin Yenisey Bakupost.az -ın əməkdaşıyla söhbətində məsələdən xəbərsiz olduğunu deyib: “Mənim bundan xəbərim yoxdu. Araşdırmadan heç nə deyə bilmərəm. Bu barədə sabah geniş açıqlama verəcəyəm”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!