Azərbaycan səfiri: “İsraildən silah alınması normaldır”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfiri: “İsraildən silah alınması normaldır”

Siyasət

10 Mart 2023 13:49 699


“Azərbaycan əvvəldən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək”.

Yeniusabah.az "Jerusalem Post"a istinadla xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov deyib.

Azərbaycanın İsraildən aldığı silahların və ya onları İsraildən daşıyan təyyarələrin sayına gəlincə, M. Məmmədov dəqiq sayı barədə məlumatı olmadığını deyib. Bununla belə, o, İsrailin ölkənin aparıcı silah təchizatçılarından biri olduğunu təsdiqləyib. pizza sifarişi

M. Məmmədov bildirib: “Hər bir ölkə öz ərazi bütövlüyünün və vətəndaşlarının suverenliyinin qorunmasına və müdafiəsinə cavabdehdir. Bu mənada, Azərbaycan da istisna deyil".

Səfir əlavə edib: “İsrail çoxlu silah istehsal edir, ona görə də bu silahların İsraildən alınması normaldır”.

“Bizi orduya külli miqdarda pul xərcləməkdə ittiham etdilər və cavab verdik ki, dünya münaqişənin həllində bizə kömək etməyib. Əgər münaqişə, işğal, ərazilərimizə və vətəndaşlarımıza təhlükə olmasaydı, ordumuza bu qədər pul xərcləməzdik. Qlobal xəritəyə baxsanız, təhlükəsiz bölgələrdə yaşayan ölkələr daha az xərcləyir. Təəssüf ki, belə şansımız yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!