Azərbaycan səfirinin saatı oğurlandı – Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfirinin saatı oğurlandı – Qalmaqal

Dünya

10 Aprel 2019 12:30 1073


Azərbaycanlı diplomat Lətif Qəndilov martın 17-də qol saatını Minsk şəhərinin hava limanındakı biznes-zalda unudub.

Belarus DİN-in bu gün yayımladığı rəsmi məlumata əsasən saatı 37 yaşlı Ukrayna vətəndaşı görüb və götürüb. Hazırda onun barəsində cinayət işinə başlanıb.

DİN-in məlumatında bildirilir ki, ukraynalı görüb ki, diplomat saatını unudub və onu götürüb. “Saatın itməsi ilə bağlı ərizə verildikdən sonra bir neçə saat ərzində polis əməkdaşları şübhəli şəxsi müəyyənləşdiriblər və oğurlanmış əşyanı sahibinə qaytarıblar. Faktla bağlı cinayət işinə başlanıb”, - Bearus Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. Dominos pizza

Azərbaycanlı diplomat Belarus daxili işlər naziri İqor Şevçuka minnətdarlıq məktubu yollayıb.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!