“Təəssüf ki, bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə hücum iki ölkə arasında dostluq münasibətlərini pozan heç nə ilə müdafiə olunmaz, kədərli və bədbəxt hadisə baş verdi".
Yenisabah.az "Akharin khabar"a istinadla xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin sözçüsü Məsud Setayişi bildirib.
O, Azərbaycan səfirliyinə hücumla bağlı İranda aparılan istintaq barədə danışıb: Marqarita pizza
"Ölkənin məhkəmə sisteminin baxışı və niyyəti bəllidir. Məhkəmə, təhlükəsizlik və siyasi hakimiyyət vurğulayıb ki, bu hücumun əsas icraçısı və ya cinayətdə rolu olan hər hansı bir şəxsqəti, ciddi və qanuni şəkildə cəzalanacaq. Geniş araşdırmalardan sonra işin müxtəlif tərəflərinin müəyyənləşdiyi və istintaqın tamamlandığı bir nöqtədəyik. Cinayət işi Azərbaycan hökumətinin əməkdaşlığı ilə yekunlaşdırılacaq. Əmin edirik ki, məhkəmə hakimiyyəti ölkənin daxili təhlükəsizliyini pozmaq istəyən hər kəsi təqib edəcək.
M. Setayeşinin sözlərinə göreə, Azərbaycan səfirliyinə basqınla bağlı təqsirləndirilən şəxsdən başqa digər təqsirləndirilən şəxslərlə bağlı araşdırmalar aparılır.
Xatırladaq ki, yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə hücum həyata keçirilib, 1 nəfər həlak olub, digər bir şəxs yaralanıb.
Telegram kanalımız