Azərbaycan şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlandı

İqtisadiyyat

07 Aprel 2026 18:14 503


Aprelin 16-da "Bakı Fond Birjası" QSC-də (BFB) "BQ" ASC-nin 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Yeni Sabah" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək, 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Pepperoni pizza

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Emitent tədavül müddətində qiymətli kağızları qarşılıqlı razılıq əsasında geri satın alına bilər.

Xatırladaq ki, "BQ"nin səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!