Azərbaycan soğan böhranını necə həll edə bilər? – Radikal addımlar atılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan soğan böhranını necə həll edə bilər? – Radikal addımlar atılır

İqtisadiyyat

08 Aprel 2019 19:09 1386


Türkiyə və ardınca Azərbaycan soğana tələb olunan idxal rüsumunu ayın sonuna qədər ləğv edib. 

Məsələylə bağlı “Yeni Sabah”a danışan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib ki, soğanın qiymətilə bağlı hazırda ciddi gərginlik var:

“Soğan ətrafında bu, keçən ildən baş verən məsələdir. Bir müddət sonra Şərqi Avropa ölkələri soğanla bağlı ciddi qərar qəbul edəcəklər. Son illər Şərqi Avropa regionunda iqlim dəyişiklikləri, təbii fəlakətlər baş verdiyinə görə, bu məhsula böyük tələbat var. Bu çox ciddi siqnaldır.  pizza sifarişi

İndiki vəziyyətdə bizə təsiri nədən ibarət olacaq? Ona belə proqnoz vermək olar. Bilirsiz ki, mayın 31-nə qədər ixrac rüsumu tətbiq olunub. Bizdə yazlıq soğan bu həftədən çıxmağa başlayıb. Nazirlər Kabinetinin (NK) qadağası  imkan verəcək ki, yaxın 2 ay ərzində bizim bazarda qiymətlərdə balans yaransın. Çünki soğanın qiymətilə bağlı ciddi şəkildə gərginlik var. Ona kartof da qoşulub. May ayının ikinci 10 günlüyündən sonra soğanda və yazlıq bitkilərdə kütləvi yetişmə başlayır. Yazlıq bitkiləri saxlamaq mümkün deyil. Düzgün qərardır ki, mayın 31-dən sonra bu qadağa götürüləcək. Bu məhsullar bazara çıxmalıdır. Yazlıq soğanı biz mütləq ixrac etməliyik. Çünki o qalmır, davamlı deyil. Maksimum iyunun sonuna qədər ömrü var. 

Bu il kifayət qədər soğan istehsalı gözləyirik. Təxminən 233 min ton soğan istehsal olunacaq, bu da keçən ilki qədər, hətta daha çoxdur. Çünki keçən il də problem olub deyə, əkin çox olub. Problemimiz payız sortları vaxtı olacaq. Yazlığı sata bilərik, amma payız sortları hər ölkənin tələbatına uyğun anbarlaşdırılmalı, rezerv olmalıdır”.

N.Nəsirli qeyd edib ki, Türkiyənin arxasınca başqa ölkələr də bu prosesə qoşulacaq:

“Digər ölkələr Azərbaycan soğanını almağa çalışacaqlar. Bizdə soğanın maya dəyəri aşağı olduğuna görə, digər ölkələri cəlb edir. Maya dəyəri çox ucuz başa gəlir.Keçən il Türkiyə bu problemi Suriyanın hesabına həll etdi. Amma  görünür ki, bu il Suriyada da problem var. Bölgədə ən ucuz soğan Azərbaycanda istehsal olunduğuna görə, getdikcə məhsula maraq artacaq. Bu baxımdan çox ciddi hesablamalar aparılmalı, payızlıq sortların rezervlərə yığılması, ölkənin tələbat həcmində saxlanması lazımdır ki, payız və qış sezonunda yenə bu böhrana düşməyək. Soğanın qiyməti yeni il və digər bayramlarda  2 manata çatmasın. Bu, ciddi siqnaldır, aidiyyəti qurumlar tərəfindən ciddi təhlil olunmalıdır. 

Bu prosesə sahibkarlar da qoşulmalıdır. Bu həftə soğan əkilən rayonlarda idim. Orada kifayət qədər soğan  saxlamaq üçün rezervlər var. Sahibkarların vaxtilə tikdikləri anbarlar qalır. Uyğun və ya uyğuna yaxın saxlama yerləri var. Həm İqtisadiyyat, həm Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar bu adamlara güzəştli kredit verməklə, digər loqistika dəstəyi göstərməklə ölkənin ehtiyatını o rayonlarda yığa bilər. Belə bir imkanımız var”. 

Ekpert əlavə edib ki, oktyabra qədər sabitlik dövrü olacaq: “Proses belə baş verir: Yazlıq soğan çıxan kimi köhnə soğan piştaxtada qalacaq. Həm ucuz, həm də nübar olduğuna görə hamı təzə soğan alır. Təxminən oktyabra qədər Azərbaycanda kənd təsərrüfatı məhsullarının ucuzluq dövrü başlayacaq. Çünki o məhsullar ard-arda çıxır. Soğanın ardınca kartof, çəyirdəkli meyvələr sıralanır. 

Adətən hər il belə olur: Oktyabra qədər sabitlik dövrü olur. Bir azdan açıq sahə tərəvəzçiliyi: pomidor, xiyar, qarpız çıxacaq. Bunlar ciddi şəkildə insanların istehlakına təsir edir. Oktyabra qədər ölkədə qiymətlərdə ciddi fəsad gözləmirəm”. 

N.Nəsirli Türkiyənin rüsumu ləğv etməsinin Azərbaycana təsirlərindən də söz açıb: “Bizim məhsulu indidən Türkiyə və digər ölkələr daşımağa başlayacaq. Rezervləri qorumaq lazımdır. Bunun təsirini oktyabrdan sonra mütləq hiss edəcik. Türkiyənin 70 milyondan çox əhalisi var. Onların tək soğana deyil, digər məhsullara da tələbatı böyükdür. Biz hələ 10 milyona indi çatmışıq. 

Keçən ilin oktyabrında kartofla bağlı belə bir vəziyyət yaranmışdı. İstehsal çox olmuşdu. Nazirlər Kabineti onda da bazara müdaxilə mexanizmi həyata keçirdi. Kartof bazarlarda kifayət qədər realizə olundu. Gələn kartofa rüsum tətbiq olundu. İlin sonunda bu cür alətlər istifadə olunur.Yəqin ki, ehtiyac yaransa NK qərar verəcək. Bu gün soğana tələbatımız 160 min tondursa, 20-30 min rezerv saxlamaqla 200 min soğanı indidən ezerv edə bilərik. Bir-iki həftədən sonra fermerlər həyəcan təbili çalacaq ki, dövlət bizim məhsulu alsın, tədarük etsin, məhsul əlimizdə qalıb. Bu rezervlər toplanmalıdır. Təlif edirəm ki, vəziyyət təhlil olunsun. İri və orta, hətta kiçik sahibkarlara belə dəstək vermək olar ki, onlar hərəsi öz rezervlərinə soğan yığıb saxlasınlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 30-dək 1 kiloqram soğanın ixracı üçün 1 ABŞ dolları dəyərində ixrac rüsumu müəyyən edilib. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!