Azərbaycan şpris istehsalına başlayır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan şpris istehsalına başlayır

İqtisadiyyat

18 Fevral 2019 20:44 1857


İqtisadiyyat naziri Şahin Mustafayev bu gün bildirib ki, yaxın 2-3 ay ərzində ölkədə iki yeni əczaçılıq zavodu fəaliyyətə başlayacaq.

Daha öncə “Diamed” şirkətinin təsisçisi Aytən Quliyeva da şpris istehsalı zavodu 2019-cu ilin martında fəaliyyətə başlayacağını demişdi.

O qeyd edib ki, zavodun fəaliyyətinin birinci ilində hədəf daxili tələbatın ödənilməsinə yönələcək: pizza

“Şprisə illik tələbat 170 milyon ədəd təşkil edir. İlk altı ay ərzində 100 milyon şpris istehsal etməyi, daha sonra bu həcmi 150-170 milyon ədədə çatdırmağı planlaşdırırıq”.

A.Quliyeva əlavə edib ki, əsasə məqsəq şpris idxalının minimuma endirməkdir. Sonrakı illərdə isə zavodda istehsal olunan şprislərin ixraca yönləndirilməsi nəzərdə tutulir.

Qeyd edək ki, “Diamed” şirkətinin zavodu Pirallahı Sənaye Parkında tikilir.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!