Azərbaycan stendi “ən yaxşı” oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan stendi “ən yaxşı” oldu

İqtisadiyyat

02 Fevral 2019 23:07 1014


Azərbaycan “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirak edir. 

“Yeni Sabah” xəbər verir ki, sərginin 3-cü günü təşkilatçılar tərəfindən Azərbaycan stendi “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İstanbulda keçirilən “EMİTT 2019” sərgisində iştirak edən ölkəmizin stendinə yerli türk turizm şirkətləri, digər ölkələrin turizm şirkətləri və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Dördpendirli pizza

Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!