Azərbaycan sülh gündəliyinə sadiqdir - İlham Əliyev 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan sülh gündəliyinə sadiqdir - İlham Əliyev 

Siyasət

13 İyul 2023 12:11 578


Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirilib. 

Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini vurğulayıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!