"Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni prioritetlər üzrə inkişafı əsas yer tutur ki, hazırda bu istiqamətdə qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Həm dünya, həm qonşu, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılır, əməkdaşlığın inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə sənədlər imzalanır".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçılarının mətbuata bəyanatlarında Azərbaycan-Tacikistan münasibətlərinin dünəninə, bu gününə diqqət yetirilərək gələcək inkişaf üçün geniş imkanların mövcud olduğu xüsusi qeyd edildi. Toyuqlu pizza
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iki ölkə arasında bu günədək ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb: "Tarixi köklərə əsaslanan bu əlaqələr ayrı-ayrı sahələrdə uğurla inkişaf edir. İqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Səfər çərçivəsində imzalanan sənədlər arasında “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nın olması bunun bariz nümunəsidir".
Vüqar Rəhimzadə hazırkı dövrün aktual məsələləri sırasında sülhün, təhlükəsizliyin təmin edilməsinin dayandığını önə çəkərək, səfər çərçivəsində aparılan müzakirələrdə bu məsələyə xüsusi diqqət yönəldildiyini bildirib.
YAP Xətai rayon təşkilatının sədri səfərin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” bunun təsdiqidir. Bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bütün dünyada diqqətlə izlənilir. Ölkəmizə dost, qardaş ölkələr əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialını xüsusi qeyd edirlər. Şuşa-İsfara qardaşlaşmasının Azərbaycan-Tacikistan münasibətlərinin gələcək inkişafında öz payı olacaq. Ümumilikdə, Azərbaycan-Tacikistan əməkdaşlığının bütün sahələrdə daha da inkişafı üçün çox yaxşı perspektivlər var".
Telegram kanalımız