Azərbaycan tarixində ilk dəfə Ucarda... -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan tarixində ilk dəfə Ucarda... - Foto

Rəsmi

25 İyul 2019 06:59 1983


Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.

“Yeni Sabah” xəbər verir ki, dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın aparıcı elmi işçisi İbrahimov Etibar və “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Qəribov Zöhrab tərəfindən həyata keçirilib.

Dronlar vasitəsi ilə kimyəvi mübarizə fermerlərin marağına səbəb olub. Toyuqlu pizza

Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bunu əsas gətirən mütəxəssislər bildirib ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi  məqsədəuyğundur.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!